Həftənin mədəniyyət tədbirləri - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
YAZİCİ.AZ xəbər verir ki, aprelin 20-dən 26-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Aprelin 23-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.
Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti 8-15 manatdır.
Aprelin 24-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-25 manatdır.
Aprelin 25-də saat 19:00-da Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-20 manatdır.
Aprelin 26-da saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Biletlərin qiyməti 10-20 manatdır.
Milli Gənc Tamaşaçılar Teatrında:
Aprelin 25-də saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.
Biletlərin qiyməti 10 manatdır.
Aprelin 26-da saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur.
Biletlərin qiyməti 10-15 manatdır.
Aprelin 26-da saat 19:00-da A.P.Çexovun "6 №-li palata" əsəri əsasında hazırlanan "Palata" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Zaur Əliyevdir.
Biletlərin qiyməti 8-15 manatdır.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Aprelin 25-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.
Biletlərin qiyməti 5-15 manatdır.
Aprelin 26-da saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 5-15 manatdır.
Heydər Əliyev Sarayı:
Aprelin 21-də saat 19:00-da "Qu gölü" baleti oynanılacaq.
Biletlərin qiyməti 20-50 manatdır.
Aprelin 24-də saat 20:00-da Gülay Zeynallının konserti olacaq.
Biletlərin qiyməti 25-200 manatdır.
Aprelin 24-də saat 20:00-da Yaşarın konserti olacaq.
Biletlərin qiyməti 39-199 manatdır.
oxu.az
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0