Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

İyn 1, 2026 - 20:34
 0  13
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

2026-cı il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nə layihələrin qəbulu başlayıb.

Bu barədə YAZİCİ.AZ-a Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, bu sferada fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

Müraciətlərin qəbulu üçün son tarix 15 iyul 2026-cı ildir.

Reqlamentlə ARKA-nın rəsmi saytında tanış olmaq mümkündür.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0