İlqar Orduxanlının "Parçalanmış talelər" kitabının təqdimatı keçirilib

Sen 5, 2026 - 23:05
 0  20
İlqar Orduxanlının "Parçalanmış talelər" kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində İlqar Orduxanlının "Parçalanmış talelər" kitabının təqdimatı keçirilib. 

Yazici.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB Mingəçevir Bölməsinin sədri şair Elşən Əzim kitabın bədii məziyyətindən söz açıb, İlqar Orduxanlının öz nəsil şəcərəsi haqqında yazdığı araşdırmaların bədii nəsr üslubu ilə yazılmasını yüksək qiymətləndirib.

Kitabda müəllifin babası olan nakam taleli tanınmış el şairi Firudin Salehzadənən şeirlərinin yer alması tədbirin əsas mövzusu olub.

Gənclərin qiraətində Firudin Salehzadənin şeirləri səsləndirilib. Aşıq Elburus və Aşıq Qoşqarın ifasında şairin qoşmaları, gəraylıları maraqla dinlənilib.

Çıxış edənlər - Zahid Muxtar, Rizvan Mikayıllı, Əhməd Əfsun, Məmməd Mərzili, Zümrüd Rəhimova, Rahilə Həsənova, İnqilab Şirinli, Firuz Qanboyoğlu, Ləman Bəylərova və b. "Parçalanmış Talelər" kitabı haqqında fikirlərini bölüşüblər.

Sonda müəllif İlqar Orduxanlı çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 1
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru