Səngərin gülü bitmədi - Tofiq Həsənlinin şeiri

Apr 15, 2026 - 17:03
Apr 15, 2026 - 17:04
 0  14
Səngərin gülü bitmədi - Tofiq Həsənlinin şeiri

Yazıçı Ədəbiyyat Portalı Tofiq Həsənlinin "Səngərin gülü bitmədi" şeirini təqdim edir.

Gözəl, dur, çıx görüşünə,
Qapına bir qərib gəlib.
Səngərin gülü bitmədi,
Gülləsini dərib gəlib.

Baxma ki, əli soyuyub,
Ağır yol gəlib, uyuyub.
Köynəyini qanla yuyub,
Sinəsinə sərib gəlib.

Gözlərinə dolub getdi,
Məhəbbətin olub getdi.
Ürəyini alıb getdi,
Həyatını verib gəlib.

Vaxt yetdi, ara yaylığı,
Qoyubsan hara yaylığı?..
Dur bağla qara yaylığı,
Elçilərin durub gəlib.

Saxla ürək sözlərini,
Torpağa qoy dizlərini.
Öp doyunca gözlərini,
Qarabağı görüb gəlib!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0