Teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir

May 25, 2026 - 16:57
May 25, 2026 - 17:06
 0  3
Teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir.

MEMİM-dən YAZİCİ.AZ-a bildirilib ki, Azərbaycan Teatr Xadimləri İttifaqının tərəfdaşlığı və təşkilati dəstəyi ilə keçirilən müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunur.

Müsabiqənin əsas məqsədi teatr proseslərinə tənqidi, nəzəri-konseptual baxışın gücləndirilməsi, gənc və istedadlı müəlliflərin aşkara çıxarılması, eləcə də səhnə əsərlərinin peşəkar təhlilinin təşviq edilməsidir.

Yaşı 18-dən yuxarı müəlliflər müsabiqədə iştirak edə bilərlər.

Təqdim ediləcək yazılar cari teatr prosesinin aktual məsələləri və repertuarlardakı tamaşaların təhlili ilə bağlı problem-məqalə, resenziya və esse janrlarında olmalıdır. Yazılar müsabiqə elanından sonra hazırlanmalıdır. Müsabiqənin nəticələri açıqlandıqdan sonra yazılar dövri mətbuatda dərc edilə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər iyunun 30-dək müvafiq formanı  doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Yazılar iyulun 31-dək yazimusabiqesi@memim.az  elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək. Mətnlər “Times New Roman” şrifti ilə 12 ölçüdə yığılmalı və ümumi həcmi 10 A4 vərəqindən çox olmamalıdır. Yazılar sahə üzrə tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim olunacaq, qaliblər isə diplom və pul mükafatı ilə təltif ediləcək.

Müəlliflər “Ən yaxşı resenziya”, “Ən yaxşı problem-məqalə” və “Ən yaxşı nəzəri esse” nominasiyalarından yalnız biri üzrə bir yazı təqdim edə bilərlər. Birgə müəllif yazıları qəbul olunmur.

Hər nominasiya üzrə qalibə 500 AZN pul mükafarı nəzərdə tutulur.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0