Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görülüb

İyn 22, 2026 - 17:19
 0  7
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görülüb

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə tanınmış heykəltaraş və Rusiya Rəssamlıq Akademiyasının akademiki Aydın Zeynalova “Rusiya Federasiyasının Əməkdar rəssamı” fəxri adı verilib.

YAZİCİ.AZ xəbər verir ki, bu fəxri ad heykəltaraşın təsviri incəsənət sahəsindəki nailiyyətlərinə və uzunmüddətli yaradıcılığına görə verilib.

Aydın Zeynalov Moskvada anadan olub, yaşayır və işləyir. O, Moskva Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının akademiki və incəsənət tarixi üzrə fəlsəfə doktorudur. 2000-ci ildən bəri müntəzəm olaraq Rusiyada və beynəlxalq sərgilərdə iştirak edib. Onun fərdi sərgiləri Rusiyada, Azərbaycanda və digər ölkələrdə keçirilib.

Heykəltaraşın əsərləri dünyanın hər yerində muzeylərdə və şəxsi kolleksiyalarda təmsil olunur. Onun məşhur əsərləri arasında Rusiyanın Koqalım şəhərində Ümummilli Lider Heydər Əliyevin, İtaliyada dünya mədəniyyətinin görkəmli simaları Cakomo Puççini və Cüzeppe Verdinin, Florensiyada isə Fyodor Dostoyevskinin və Dante Aliqyerinin abidələri də var. Aydın Zeynalov Azərbaycanın Xalq yazıçısı, tanınmış dramaturq və ssenarist Rüstəm İbrahimbəyovun Bakıdakı Fəxri xiyabanda ucaldılmış məzarüstü abidəsinin müəllifidir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0