Azərbaycan ədəbi dili ilə bağlı yeni layihə başlayır

May 14, 2026 - 14:13
 0  3
Azərbaycan ədəbi dili ilə bağlı yeni layihə başlayır

Mədəniyyət Nazirliyi ilə "Real TV" birgə layihəyə başlayır.

Bu barədə YAZİCİ.AZ-a Nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, müasir Azərbaycan ədəbi dilinin saflığının qorunması, cəmiyyətdə bununla bağlı məlumatlılığın artırılması məqsədilə "Redaktor" adlı televiziya layihəsi həyata keçiriləcək.

Layihə üzrə konkret nümunələr əsasında Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasına dair məlumat veriləcək. Bununla yanaşı, indiyədək yalnış bildiyimiz sözlərin də düzgünlüyünə toxunulacaq.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0