Azərbaycanlı rəssamın işi 30 ən yaxşı əsər sırasında

Apr 1, 2026 - 21:52
 0  6
Azərbaycanlı rəssamın işi 30 ən yaxşı əsər sırasında

Tunisin Cerba adasında “Pastoralizm: tarazlığın mərkəzində mobillik” adlı beynəlxalq karikatura yarışmasının mükafatlandırma mərasimi və sərgisinin açılışı keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, yarışmaya 53 ölkədən 272 rəssam 486 əsər təqdim edib.

Müsabiqənin sərgisi üçün 30 ən yaxşı əsər seçilib ki, onlardan biri də azərbaycanlı rəssam Soltan Soltanlınındır.

Qeyd edək ki, bu il 50 illik yubileyini qeyd edən rəssam 30 ilə yaxındır ölkəmizi əsərlərilə beynəlxalq yarışma, festival və sərgilərdə təmsil edir. Onun rəngkarlıq, qrafika və karikaturalardan ibarət əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0