Mart qırğınları - Ramiz Qusarçaylı
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Yazıçı Ədəbiyyat Portalı Ramiz Qusarçaylının "Vətən" poemasından bir hissəni təqdim edir.
Mart qırğınları
20-ci əsrin Mart qırğınları,
Kimlər boğulmadı bu dərddə, Vətən.
Martda göy islanar,
yer çiçəkləyər,
Şəhid çiçəklədin sən Martda, Vətən...
Səni sındırdılar cavan yaşında,
Səni kürəyindən vurdular, Vətən.
Qara gün yazdılar adına sənin
Qırmızı-qırmızı ordular, Vətən.
Arxalı erməni işğalçıları
Tərkibində rusun yaraqlıları,
Əynində meşin çar sırıqlıları,
Erməni itləri rus mundirində,
Hərbi libasında hay köpəkləri,
Qanına bələdi dinc əhalini,
Səs verən olmadı imdad səsinə,
Hamilə bilmədi, körpə bilmədi,
Yaralı bilmədi, xəstə bilmədi,
Qadını, qocanı qətlə yetirdi,
Güllədən keçirdi vəhşicəsinə.
Quldurlar, qaniçən quduz köpəklər,
Erməni silahlı birləşmələri,
Qatillər, oyunlar, küylər, kələklər,
Göz yaşı içində qan çeşmələri,
Uşaqlar, qocalar, qadınlar, qızlar,
Qətlə yetirilən bu günahsızlar,
Gecə hara gəldi qaçan adamlar,
Sürüşüb qayadan uçan adamlar,
Xalqın cəhənnəmə dönən həyatı,
Qətllər, qırğınlar, hesaba gəlməz,
Tanınmaz cəsədlər saysız-hesabsız,
Üst-üstə qalanır, təpələnirdi.
Yayılıb Qudyalın sahillərindən
Qarşı dağlaradək səpələnirdi,
Ayaqlarına kəndir, məftil bağlanıb
Dərisi soyulan, başı kəsilən,
Gözləri oyulub çıxarılanlar,
Qolları qırılan, üzü doğranan,
Kəllə sümükləri qoparılanlar,
Meşə yollarında qucağındakı
Məsum körpəsiylə dondurulanlar,
Oğlunun, qızının gözü önündə
Ağaca sarınıb yandırılanlar,
Ailə-ailə qırılan köklər,
Kol-kosa ilişib əsən hörüklər,
Donan hıçqırıqlar, yanan nalələr,
Gecənin bağrını yonan nalələr,
Vəhşi isgəncədən tanınmaz hala
Salınmış yüzlərlə insan cəsədi,
Misli görünməmiş hay cinayəti,
Ağrımız,acımız,göz yaşlarımız,
Üst-üstə qalanan soydaşlarımız...
20-ci əsrin Mart qırğınları,
Kimlər boğulmadı bu dərddə, Vətən.
Martda göy islanar,
yer çiçəkləyər,
Şəhid çiçəklədin sən Martda, Vətən...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0