Mədəniyyət naziri Qusarda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 31-də, saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, 5) vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən YAZİCİ.AZ-a bildirilib ki, görüşdə Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar iyulun 27-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0