Nazim Hüseynli - Qızıl Qurdlar
Yazıçı Ədəbiyyat Portalı Nazim Hüseynlinin "Qızıl Qurdlar" poemasını təqdim edir.
ÜZÜN GÜLÜR, ANA TƏBRİZ
Təbrizin 1970-ci ildə yaradılan, özlərini geyimlərinin rənginə uyğun olaraq “Qızıl Qurdlar” adlandıran “Traktor” klubu 55 il ərzində bütün süni əngəlləri aşaraq keçdiyi yolun zirvəsinə çatmış, 2024-2025-ci il futbol mövsümündə sona 2 tur qalmış İran çempionu adıni təmin etmişdir.
O tay, bu tay Azərbaycan,
“Traktor”a hamı heyran,
Bütün ellər deyir can, can,
Üzun gülür, ana Təbriz.
“Səhənd” meydan yüz min mərdə,
Bozqurd-ətraf təpələr də,
Bozqurd ular, bax , hər yerdə,
Üzun gülür, ana Təbriz.
Hər birisi cəsur, ayıq,
Mövqeyində hamı sayıq ,
Sizə altun butsi layiq,
Üzun gülür, ana Təbriz.
“Şəms Azər”lə qarşılaşdı,
Hayqırışlar aşdı-daşdı,
4:0-la rəqib çaşdı,
Üzun gülür, ana Təbriz.
Xorvat Drojek vurur qolu,
İlk dəqiqə açır yolu,
Çox pis olur rəqib halı,
Üzun gülür, ana Təbriz.
Rəqib daha bir qol yeyir,
Əmirhüseyn sözün deyir
Sevincindən rəqs eyləyir,
Üzun gülür, ana Təbriz.
Drojek yenə də fərqlənir,
Rəqibi dubl ilə yenir,
Azarkeşlər qurda dönür,
Üzun gülür, ana Təbriz.
Rəqib daha bir qol yeyir,
Son nöqtəni Alveş qoyur,
“Traktor”u boz qurd öyür,
Üzun gülür, ana Təbriz.
55 il yol yoraraq,
Dord qol ilə verdi soraq,
Türk qovmünü ucaldaraq ...
Üzun gülür, ana Təbriz.
“QIZIL QURD”LAR ULAYIRLAR
“Traktor” klubunun İran çempionu olması ilə bağlı kutlamalar bir özgürlük hərəkatı kimi davam edir.
Nərə çəkir, hayqırır yurd,
Stadyonda 90 min mərd,
Erkək, qadın hamsı bozqurd,
“Qızıl qurdlar” ulayırlar!
Azərbaycan sevdalıdır-
Bütöv bir can sevdalıdır,
Hamsı Vətən sevdalıdır ,
“Qızıl qurdlar” ulayırlar!
Türk birliyi var olsun der,
İstəməyən kor olsun der,
Sevinməyən xar olsun der,
“Qızıl qurdlar” ulayırlar!
40 milyon türk tərəfdarı
Bütün Turan yoldaş-yarı,
Gedir ən ön yerə sarı,
“Qızıl qurdlar” ulayırlar!
Güc, qüvvət var qollarında,
Şüarlar var dillərində,
Bütün Vətən ellərində
“Qızıl qurdlar” ulayırlar !
Təbriz, Urmi, Mərənd,..oyaq,
Xəyallarda üçrəng bayraq,
Bütövlükdən verirr soraq ,
“Qızıl qurdlar” ulayırlar!
Kutlamallar davam edir,
Azarkeşlər bayram edir,
Tüm Turanı heyran edir,
“Qızıl qurdlar” ulayırlar!
Bu şad xəbər dağlar aşır,
Ürumçiyə də ulaşır,
Sevincləri açıb-daşır,
“Qızıl Qurdlar” ulayırlar.
“Traktor”un qələbəsi
Sevindirir hər bir kəsi,
Eşidilir ozan səsi,
“Qızıl Qurdlar” ulayırlar
Nola mən də orda olam,
Oyunlardan qüvvət alam,
Sizinlə bir verəm salam,
“Qızıl qurdlar” ulayırlar.
Ürək-candır taqımımız,
Şörət, şandır taqımımız,
Can qurbandır, taqımımız,
“Qızıl qurdlar” ulayırlar.
Bozqurd kimi ulamada,
Zülmə tonqal qalamada ,
Əsarəti talamada -
“Qızıl qurdlar” ulayırlar.
Həmşə yaxşı gəlsin sonu:
Asiyanın çempionu
Olar, artar şöhrət-şanı ,
“Qızıl Qurdlar” ulayırlar.
İSTƏMİRİK HAY MƏŞQÇİNİ
1970-ci ildə yaradılmış “Traktor” futbol klubunun indiyədək 30-dan çox məşqçisi olmuşdur. Birinci məşqçi Məhəmməd Bayatidir. Fəraz Kəmalvənd, Əmir Qalanoyi və başqaları olmaqla məşqçilərin çoxu İrandan olsa da onların arasında Rumıniyalı Vasili Qoca, türkiyəli Ərtoğrul Sağlam, tükmən Qurban Berdiyev və başqa xarici ölkələrdən olan məşqçilər də vardır . 2016-cı ildə kluba erməni Varaz Toroyan baş məşqçi təyin olunmuş, lakin “Qızıl Qurdlar”ın etirazı nəticəsində 12 saat sonra saziş ləğv edilmişdir. Klub çempion edən hazırkı baş məşqçi Draqan Skoçiç xorvatdır, 56 yaşı var.
Otuz məşqçi-birinci ad
Məhəmməddir, soyad Bayat,
Draqan Şoçiç eylədi şad,
“Qızıl Qurdlar” ulayırlar.
Oldu yeni bir təyinat:
Hay Toroyan-dözülməz ad,
Yarım günə qovulur yad-
“Qızıl Qurdlar” ulayırlar.
İstəmirik hay məşqçini,
Var onların türkə kini,
Tələbimiz məşqçi yeni,
“Qızıl Qurdlar” ulayırlar.
Draqan Skoçiş- o da bozqurd
Gah mülayim, gah da çox sərt,
Alqışlayır ürəkdən yurd,
“Qızıl Qurdlar” ulayırlar.
QARABAĞ BİZİMDİR, BİZİM OLACAQ
Qarabağ torpaqları işğal altında olarkən “Traktor”un oyunlarında etiraz əlaməti olaraq tez-tez “Qarabağ bizimdir, bizim olacaq “ şüarları səsləndirilirdi. Komandanın keçirdiyi oyunlar Qarabağda soyqırım günləri ilə eyni vaxta düşürsə şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilir.
Ermənini havladılar,
Aldatdılar, tovladılar...
Soydaşları qovladılar
Qarabağ bizimdir, bizim olacaq!
Obaları yandırdılar,
Ocaqları söndürdülər,
Cəhənnəmə döndərdilər,
Qarabağ bizimdir, bizim olacaq!
Murdarlıqdır qəlbi , beyni,
Pozulacaq bütün oynu
Vurulacaq bir gün boynu
Qarabağ bizimdir, bizim olacaq!
“Dəmi yumruq” dəydi başa,
Döndərildi düşmən leşə
Yaşa, milli ordum, yaşa,
Qarabağ bizimdir, bizim olacaq!
.REKORDLARA DÜŞDÜ ADIN
Çempionluq kutlamaları zamanı “Kızıl Kurtlar” “Traktor” klubunu 15 dəqiqə fasiləsiz alqışlayaraq sevimli komandalarının adını Kinnesin Rekordlar Kitabına yazdırmışlar.
Azarkeşi hamıdan çox olan klub,
Stadyonu ağzınacan dolan klub,
Azarkeşdən böyük dəstək alan klub,
On beş dəyqə dayanmadan boz qurd səni
Alqışladı , rekordlara düşdün yəni!
Verin bozqurd salamımı, qardaşlarım,
Bozqurd ruhu ilə qalın, qardaşlarım,
Həmşə belə güclü olun, qardaşlarm,
On beş dəyqə dayanmadan boz qurd səni
Alqışladı , rekordlara düşdün yəni!
Bu bir zəfər, ürəkləri güldürübdü,
Küçələri insan seli doldurubdu,
Traktorla gəlib sevinc bildiribdi,
On beş dəyqə dayanmadan boz qurd səni
Alqışladı , rekordlara düşdün yəni!
Trakrora bənzəyən tort gətirdilər,
Bölüb bütün bozqurdlara ötürdülər,
Hər bir kəsə şirinliklər çatdırdılar,
On beş dəyqə dayanmadan boz qurd səni
Alqışladı , rekordlara düşdün yəni!
Sloqanlar hayqırmada ürəkləri-
Azadlığın tufanları, küləkləri,
Məmləkətin hava, su tək gərəkləri...
On beş dəyqə dayanmadan boz qurd səni
Alqışladı , rekordlara düşdün yəni!
Azarkeşi “Qızıl qurdlar”, coşqunlardır,
Vətəninə vurğunluğu aşqınlardır,
Dəstəkləri sellər kimi daşqınlardır,
On beş dəyqə dayanmadan boz qurd səni
Alqışladı , rekordlara düşdün yəni!
TANRI TÜRKƏ YAR OLAR
“Traktor”un hər matçının 15-ci dəqiqəsində azarkeşlər “ Türk dilində mədrəsə, Olmalıdır hər kəsə “ sloqanları atırlar.
Qara sədlər uçular,
Mədrəsələr açılar,
Ölkəyə nur saçılar ,
Tanrı türkə yar olar!
Ana Təbriz güc alar,
Qüvvətlənər, ucalar,
Düşmənlərdən öc alar,
Tanrı türkə yar olar!
Araz gülər, ağlamaz,
Ürəkləri dağlamaz,
Daha qara bağlamaz,
Tanrı türkə yar olar!
Millət verər fərmanı,
Çalxalayar İranı,
Gələr türkün dövranı,
Tanrı türkə yar olar!
Axan sular durular,
Özgürlüyə varılar ,
Bütov Vətən qurular,
Tanrı türkə yar olar!
ZÜLMƏTLƏRİ NURLANDIRDIN
1919-cu il sentyabrın 10-da futbol oyununu seyr etmək üçün 29 yaşlı qadın Səhər Xudayari stadiona daxil olmağa cəhd edərkən tutularaq məhkəməyə verilmişdi. Məhkəmənin ona cəza verməsini öyrənən qadın özünü yandıraraq öldürmüşdü. Bunda sonra FİFA İran hökumətini tənqid edərək məktub göndərmiş, qadınların stadiona maneəsiz daxil olmasına icazə verilməsini tələb etmişdi. Əks təqdirdə İranın Milli Futbol Federasiyasına sanksiyalar tətbiq olunacaq, milli komandası beynəlxalq yarışlara buraxılmayacaqdı. İran hökuməti tədbirlər görərək bu məsələni həll etmiş, qadınların stadionda futbol izləməsinə icazə verilmişdir. Bundan sonra “Traktor” oyunlarını “ Səhənd “ stadionunun ətrafındakı təpələrdən seyr edən qadınların satadiona daxil olmaq üçün yolu açılmışdır.
Ölümünlə,Səhər bacım,
Ey qürurum, ey baş tacım,
Zülmətləri nurlandırdın,
Dirənişi gurlandırdın.
Etirazlar gündən-günə
Artdı, tələb gəldi önə,
Haqq önündən qaçdı İran,
Qapıları açdı İran.
Yarışlarda indi qızlar,
Hayqırırlar o ulduzlar,
Sevincdəndir göz yaşları,
Ruhlanırlar qardaşları.
Qurban verdin özünü sən,
Zülmə dedin sözünü sən,
Günahkarlar yerə girsin,
Cəzasını Allah versin!
URMİ GÖLÜ QORUYAĞIN
Urmiya gölünün qurumasına göstərilən etinasızlıqlara etiraz olaraq yüz min “Qızıl qurd “ gölün üstündəki körpüyə sarı axışaraq gölə bir qab su atmışdır. Rejim qüvvələrinin apardığı əməliyyat zamanı yaralananlar və həbs edilənlər olmuşfdur.100 nəfər indiyədək həbsdədir.
“Qızıl Qurdlar” körpü üstə
Çıxıb bir qab suyu atır,
Gözlərinin yaşını da
Elə bil ki, gölə qatır.
Buxarlanır, su yox olur,
Urmi gölü, bax, can verir,
Məclis onun ölümünə
Tərəddüdsüz fərman verir.
Yox olarsa bir gün bu göl,
Burda həyat sönər gedər.
Ətrafdakı şəhər, kəndlər,
Cəhənnəmə dönər gedər.
Yüz tutuqlu zindanlarda,
Xalqa günah yaxmaq yetər.
Min cür böhtan, şər uydurub
Haqqın səsin boğmaq yetər.
Ürmi gölü qurumaqdan
Qoruyağın, haray, haray!
Hər gün artan yaraların
Sarıyağın, haray, haray!
İSTƏMƏYƏN KOR OLSUN
“Traktor”un oyunlarında daim milli ruhlu sloqanlar səsləndirilir.
Çiçək açsın dilimiz,
Əyilməsin belimiz,
Yüksəlsin qoy elimiz,
“Azərbaycan bir olsun,
İstəməyən kor olsun”.
Bakı, Təbriz, Ankara,
Ürəkləri bir vura,
Bayraqları bir dura,
“Azərbaycan bir olsun,
İstəməyən kor olsun”.
Bükülməsin qolumuz,
Bütov olsun elimiz ,
Turanadır yolumuz,
“Azərbaycan bir olsun,
İstəməyən kor olsun”.
3-26 may 2025-ci il
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0