Saçları qızılım, gözü buludlum
Yazıçı Ədəbiyyat Portalı Pərviz Seyidlinin yeni şeirini təqdim edir.
***
Mən səni sevirəm, necə sevməyim?
Saçları qızılım, gözü buludlum.
Unuda bilmərəm mən səni heç vaxt,
Unutsam, bu qəlbi necə ovudum?
Ən əvvəl özümü gərək unudum.
Mən səni sevirəm, necə sevməyim?
Kədəri payızım, səsi yağışlım.
Unuda bilmərəm mən səni heç vaxt,
Bu sənsiz ömrə necə alışım?
Səni görməməklə necə barışım?
Mən səni sevirəm, necə sevməyim?
Gülüşü nəğməlim, sözü sehrlim.
Unuda bilmərəm mən səni heç vaxt.
Ömrümün əruzu, heca şeirim,
Yazdığım şeiri bəs kimə deyim?
Mən səni sevirəm, necə sevməyim?
Yerişi zərifim, baxışı şehlim.
Unuda bilmərəm mən səni heç vaxt.
Sükutu qürurlum, qəlbi fərəhlim,
Bəlkə də həyatda ən doğru səhvim.
Mən səni sevirəm, necə sevməyim?
Həsrəti məzarım, dərdi ölümüm.
Unuda bilmərəm mən səni heç vaxt.
Ömrümün bağında ətirli gülüm
Sən istə, səninçün dirilim ölüm.
Mən səni sevirəm, necə sevməyim?
Unuda bilmərəm mən səni heç vaxt.
Unuda bilmərəm mən səni heç vaxt.
Mən səni sevirəm, necə sevməyim?
2026
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0