Mədəniyyət naziri Masallıda vətəndaşları qəbul edəcək

Noy 6, 2026 - 19:13
 0  3
Mədəniyyət naziri Masallıda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli noyabrın 27-də Masallı rayonunda vətəndaşlarla görüşəcək.

Yazici.az xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq təşkil ediləcək.

Görüş noyabrın 27-də saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək.

Qəbulda Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarından, eləcə də Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edə biləcəklər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 23-dək Mədəniyyət Nazirliyinin info@culture.gov.az elektron poçt ünvanına müraciət etməklə və ya (012) 493-43-98 telefon nömrəsi ilə əlaqə saxlayaraq əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru